4A VƏ 2B SİNFİNİN OXU GÜNÜ

17.02.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında və 2B sinfində 4A və 2B sinif şagirdlərinin iştirakı ilə " Oxu Günü " keçirildi.
4A sinfi ilə məktəbin kitabxanasında keçirilən müzakirədə şagirdlər " Su ilə odun bəhsi " əsərini mütaliə etdilər.Sonra məktəbin kitabxana müdiri Əhmədova Ülkər bu mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi apardı.Bu əsərin mütaliəsində məqsəd şagirdlərə birliyin gücünü göstərmək olmuşdur.
2B sinfində isə " Qartal və pişik " əsəri mütaliə olundu.Burada şagirdlər fədakar ana obrazını təhlil etdilər.Sonra kitabxanaçı və sinif rəhbəri Gülməmmədova Aygün şagirdlərə valideynlərə olan hörmət , sevgi barədə ibrətamiz söhbət apardılar.