Milli Qəhrəmanlar
98 saylı tam orta məktəbin kitabxana müdiri Musayeva Zərniyar məktəb kitabxanasında oxucularla Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş tədbir keçirdi. Tədbirdə 5a,6a,və 9a sinif şagirdləri fəallıq göstərdi. Tədbirdə Azərbaycanın himni səsləndi,sonra isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bir neçə səhidmizin qəhrəmanlığı barədə geniş danışıldı. Sonra 5a sinif şagirdləri Ağayeva İlahə və Səlimli Lalə şəhidlərə həsr oiunmuş şeirlər söylədilər.