4B VƏ 3A SİNFİNİN OXU GÜNÜ

16.02.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında 4B və 3A sinif şagirdlərinin iştirakı ilə Solmaz Amanovanın və Canni Rodarinin əsərlərinin müzakirəsi keçirildi.Kitabxana müdiri Əhmədova Ülkər 3A sinfi ilə " Cəsur Ayı " əsərinin mütaliəsi və müzakirəsini apardı.Burada koronavirusun gətirdiyi təhlükə , ondan qorunma yolları , sədaqətli dost və s. məsələlərə toxunuldu.
4B sinfi ilə isə Canni Rodarinin " Heç yerə aparmayan yol " əsəri müzakirə olundu.Kitabxanaçı şagirdləri əsərdəki baş qəhrəman kimi cəsarətli olmağa , qarşılarına məqsəd qoyub irəliləməyə və özlərinə inanmağa səslədi.