2A SİNFİNDƏ OXU GÜNÜ
14.02.2023 - cü il tarixində İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 2A sinfində " Oxu günü " tədbirləri çərçivəsində K. Uşinskinin " Baba " əsərinin müzakirəsi keçirildi.Müzakirəni aparan məktəbin kitabxana müdiri Əhmədova Ülkər və sinif rəhbəri Mustafayeva Fəxriyyə şagirdlərə əsərlə bağlı suallar ünvanladılar.Bu əsərin müzakirəsində əsas məqsəd şagirdlərə böyüklərə hörmət etməyi , onlara qayğı ilə yanaşmağı aşılamaq olmuşdur.