NARKOMANİYAYA YOX DEYƏK

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 03.02.2023 - cü il tarixində cəmiyyətimizi ən çox düşündürən və narahat edən , bəşəriyyətin ciddi bəlasına çevrilən " Narkomaniyaya yox deyək " mövzusunda tədbir keçirildi.Tədbirdə bir çox qonaqlar , məktəb rəhbərliyi ,müəllim və şagird heyəti iştirak edirdi.Tədbir iştirakçılarından Xətai - rayon İcra Hakimiyyətinin  İctimai - Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov , Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədov  və digər qonaqlar çıxış etdilər.

    Çıxış edənlər narkotik vasitələrin zərərlərindən, insanın fiziki və psixi sağlamlığına törətdiyi fəsadlardan danışdılar, şagirdlərə tövsiyyələr verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi