3A ŞAGİRDLƏRİNİN NAİLİYYƏTLƏRİ

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 3A sinif şagirdi Paşazadə İbrahim Nicat oğlu karate idman növü üzrə uğur qazanaraq Ağstafa Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 6-7 yaş idman qrupunda 25 kq çəki dərəcəsində yüksək bacarıq göstərərək I yerə layiq gorülmüşdür.Bundan əlavə Budo - Kan klubunun təşkil etdiyi imtahanda fərqlənərək sertifikatla ,  Bakı İdman sarayının uşaqlar və yeniyetmələr arasında karate üzrə açıq çempionatda müvəffəqiyyət qazanaraq diplomla , eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 99 - cu illiyinə həsr olunmuş Təhsil Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq Gənclər İdman Məktəbinin keçirdiyi yarışda III yer tutaraq diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi