KİM DAHA ÇOX ZƏKALIDIR ADLI İNTELLEKTUAL BİLİK YARIŞI

       25.01.2023 - cü il tarixində 98 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən " 1 nömrəli  Uşaq - Gənclər İnkişaf Mərkəzi " Publik Hüquqi Şəxsin " Məntiqi riyaziyyat " dərnəyinin üzvləri arasında "Kima daha zəkalıdır ? " adlı intellektual bilik yarışı keçirilib.

       Yarışın keçirilməsində məqsəd uşaqların intellektual  səviyyəsini inkişaf etdirmək , dərnəklərə maraq yaratmaq , onların asudə vaxtlarını səmərəli və düzgün təşkil etməkdir.

       Yarışın münsiflər heyətinin üzvləri - 98 nömrəli tam orta məktəbin direktoru Yeganə Məhərrəmova " 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi " Publik Hüquqi Şəxsin təşkilatçısı Təranə Siracova , dərnək rəhbəri  Sevinc Rüstəmova idi.

       Yarışın keçirilməsi üçün əvvəlcədən vəsaitlər ( mücrülər , sehrli qutu , sual kartları ) hazırlanıb , təşkilatı işlər görülüb.On beş nəfər dərnək üzvündən təşkil olunmuş 3  komanda arasında keçirilən yarışda uşaqların riyazi məntiqlə bağlı bilikləri yazılı və əyləncəli formada suallarla yoxlanılıb. Mərhələlərlə keçirilən yarışın nəticələrinə görə " Düzbucaqlı " komandası  1 -ci , " Üçbucaq " komandası 2- ci , " Silindr " komandası 3- cü yer tutub. Birinci yeri tutan " Düzbucaqlı " komandasının üzvləri diplomlarla , fəal iştirak edən digər komandalar təşəkkürnamə ilə təltif olundular.Məktəbin direktoru Yeganə Məhərrəmova çıxış edərək uşaqların yarışdakı nəticələrinə münasibət bildirib, əyləncəli və düşündürücü formada olan intellektual yarışların əhəmiyyətini qeyd edib və yarışın təşkilatçısı dərnək rəhbəri Səbinə İmanovaya təşəkkür etdi.

     Yarışda " 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi " Publik Hüquqi Şəxsin dərnək rəhbəri Rövşanə İbrahimova və 98 nömrəli tam orta məktəbin müəllimləri iştirak etdilər.Sonda yarışda iştirak edən uşaqlara hədyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi