10B ŞAGİRDLƏRİNİN UĞURLARI

        Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbin 10B sinif şagirdləri Cəfərxanlı Zaur Səbuhi oğlu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xətai rayon Gənclər və İdman idarəsi tərəfindən təşkil olunan Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Xocalı soyqırımın otuzuncu ildönümünə həsr olunmuş " Xocalı Soyqırımını unutma " adlı rəsm müsabiqəsində III yer tutduğuna görə diplomla təltif olunub.

       Gəncliyə Yardım Fondu , Bakı Şəhər Gənclər və İdman İdman Baş İdarəsi və " Tərxis olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə " İctimai Birliyinin birgə təşkil etdiyi " Uşaqların Gözü ilə Zəfərimiz " adlı rəsm sərgisində iştirak etdiyinə görə sertifikatla təltif olunmuşdur.

        Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş " Narkomaniyaya yox deyək ! " adlı rəsm sərgisində fəal iştirakına görə sertifikatla təltif olunmuşdur.

          18 may 2022 - ci ildə Azərbaycanım V Respublika Uşaq Rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgisində iştirakına görə sertifikatla təltif olundu.

         Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş " Qəhrəmanlıq salnaməmiz " adlı rəsm müsabiqəsində iştirak etdiyinə görə sertifikatla təltif olundu.

       13 aprel 2022 - ci il Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş " Qədim Şuşa " adlı rəsm sərgisində fəal iştirak etdiyinə görə diplomla təltif olundu.

       13 yanvar 2022 - ci il Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi təşkilatçılığı ilə təşkil olunmuş " Mədəniyyətimizin incisi Şuşa " adlı rəsm sərgisində fəal iştirakına görə təşəkkürnamə ilə təltif olundu.

        10B sinif şagirdi İsmayılov Miribrahim Fuad oğlu 29 avqust 2022 - ci il tarixində Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş Tornado İ.İ.C. Toykvando İ.T.F. turnirində 14 - 15 yaş 46 kq. .əki dərəcəsinə görə diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi