20 YANVAR - QAN YADDAŞIMIZ

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 7A sinfində tarix müəllimi Günel Süleymanlının 20 Yanvar faciəsinə həsr olunmuş dərsi keçirildi.Günel müəllim 20 Yanvar faciəsinin səbəbləri , faciədə iştirak edən tərəflər , hadisənin nəticələri haqqında geniş mühazirə dedi. Şagirdlərə tapşırıqlar verildi , qrupların təqdimatlarına baxıldı. Sonda mövzu ilə bağlı şeirlər səsləndirildi, şəhidlər haqqında məlumatlar verildi.