20 YANVAR HADİSƏLƏRİNDƏN BİR QƏRİNƏ KEÇİR
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 4A sinfi məktəbin foyesində 20 Yanvar şəhidlərinə həsr olunmuş kiçik səhnəcik və şeir parçaları ilə çıxış etdilər. Şagirdlər onlara aşılanan vətənpərvərlik duyğusunu öz ifalarında qabarıq şəkildə biruzə verdilər.