10A ŞAGİRDLƏRİNİN NAİLİYYƏTİ

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 10A sinif şagirdi Mehbalızadə İbrahim Ramil oğlu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən Taekvondo üzrə Yeniyetmələr arasında Respublika birinciliyində " 45 " çəki dərəcsində II yerə layiq görülmüşdür.
10 - 11 iyun 2022 - ci il tarixində Azərbaycanın Azərbaycanın Taekvondo Federasiyası tərəfindən keçirilən " Koreya səfiri kuboku " turnirində 48 kq. çəki dərəcəsidə III yerə layiq görülmüşdür.
Həsənova Xəyalə Akif oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən 06.12.2019 - cu il tarixində " Mən həyatı seçirəm " adlı rəsm müsabiqəsində II yer tutmuşdur.
2020 - ci ildə " Qarabağ Azərbaycandır " müsabiqəsində fəal iştirakına görə təltif edilmişdir.
Allahverdiyev Fərid Cəfər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi " İti Zəka " hakaton müsabiqəsində uğurla iştirakına görə Diplomla təltif edilmişdir.
Səlimov Anarbəy Nəbibəy oğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi , Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi " Şəhid şəhər " Respublika uşaq rəsm müsabiqəsində fəal iştirakına görə təltif edilmişdir.
Məmmədli Rəsul Tural oğlu 29.05.2018 - ci ildə ATTA -nın təşkil etdiyi " Futbol dərsi " layihəsində I yer tutduğuna görə Diplomla təltif edilib.
Süleymanova Rəhimə Eldəniz qızı 21.01.2020 - ci il tarixində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə " Milli - mənəvi dəyərlər "mövzusunda keçirilən intellektual oyunda II yer tutmuşdur.