9B - NİN FƏRQLƏNƏN ŞAGİRDLƏRİ

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9B sinif şagirdi Vəlizadə Nəsib Aqşin oğlu "DAYDO CUKU " ( KUDO ) məşq məktəbinin IX Dərəcə ( KYU ) bütün tələbləri yerinə yetirdiyinə görə Sertifikatla təltif olunub.
Ümumrespublika Çempionatında 1 - ci yer tutaraq ( 55 kq çəkidə ) qızıl medalla təltif olunmuşdur.
Nağıyev Nicat Əvəz oğlu 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü , " Könlüm keçir Qarabağdan " adlı respublika müsabiqəsində 1 - ci yer tutaraq Fəxri Fərmanla təltif olunmuşdur.
Bayramzadə Siddiqə Ceyhun qızı Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbinin Fortepiano ixtisası üzrə Şəhadətnamə almışdır.
Cəfərova Aidə Rəşadət qızı 2020 - 2021 tədris ilinin I yarımilin sonunda keçirilən Kimya fənni üzrə sinifdaxili bilik yarışmasında II yerin sahibi olmuşdur.