11 B ŞAGİRDLƏRİNİN FƏXRİ

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 11B sinif şagirdi Sadıqov Vaqif Vidadi oğlu 21 - 22 may 2022 - ci ildə Azərbaycan Kontakt Karate Federasiyası tərəfindən təşkil olunmuş 14 - 15 yaş 52 kq.çəki dərəcəsində XXVII Açıq Respublika Birinciliyində 3 - cü yerə layiq görüldüyünə görə Diplomla təltif olunub.
Gənclər və İdman nazirliyi Xətai rayon Gənclər və idman idarəsi tərəfindən Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş " Point Karate " idman növü üzrə Xətai rayon açıq birinciliyində 2005 - 2006 - cı il təvəllüdlülər arasında 60 kq. çəki dərəcəsində 3 - cü yeri tutduğuna görə Diplomla təltif olunub .
Azərbaycan Respublikası Kontakt Karate Federasiyası tərəfindən 26 fevral Xocalı soyqırımı xatirəsinə həsr olunmuş Kontakt Karate , Kyokuşin Kenbukay Karate , Jissenkay Karate növləri üzrə uşaqlar , yeniyetmələr və gənclər arasında keçirilən Açıq Cənub Turnirində 55 kq. çəki dərəcəsində 2 - ci yer tutduğuna görə Diplomla təltif olunub.