20 YANVAR - ŞANLI TARİXİMİZ

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 7B sinfində 13.01.2023 - cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Cəfərova " 20 Yanvar şanlı tariximiz " mövzusunda açıq dərs keçirmişdir.Dərsdə 1990 - cı il hadisələri haqqında məlumat verilmiş , şagirdlərlə fikir mübadiləsi aparılmış , şəhidlərə dair şeirlər söylənmiş , imperiya siyasətinin acı nəticələri pislənmiş , şagirdlərin həmyaşıdları İlqar və Larisa haqqında məlumat verilmişdir.