REPRODUKTİV SAĞLAMLIQ

Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə 06.01.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə " Şagirdləri reproduktiv sağlamlıq istiqamətində maarifləndirmə " layihəsi çərçivəsində təlim keçirildi. Yeniyetmə qızlarla psixoemosional və davranış dəyişiklikləri , gigiyena vasitələrinin necə seçilməsi yeniyetmələrin qidalanma vərdişləri ilə bağlı məlumatlar verildi.Şagirdlərlə fikir mübadiləsi aparıldı. Tədbirdən olan maraqlı görüntüləri sizlərlə bölüşürük.