HEYVANLARA QAYĞI

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə " Heyvanlara qayğı " mövzusunda söhbətlər aparılıb. Sevimli dostlarımıza qayğı , xoş , mehriban münasibət göstərmək , onlarla kobud davranmaqdan uzaq olmaq fikirləri aşılanıb. Onların su və yemək kimi ehtiyaclarını ödəməsi üçün hər kəs kömək etməli , sevgi göstərməklə dünyamızı daha da gözəlləşdirməliyik.