AZADLIQ AŞİQİ

    İstiqlal şairi , azadlıq aşiqi, müstəqil vətənimizin nəğməkarı Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında cənab Prezidentimiz sərancam imzaladı.

    Bu münasibətlə respublikamızın hər yerində yubiley tədbirləri keçirildi.Belə tədbirlərdən biri də Bakı şəhəri Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 11B sinfində baş tutdu.

     30.12.2022 - ci il tarixində milli poeziyamızın cəsarət və azadlıq simvolu oldu.Əhməd Cavadın əziz xatirəsi bir daha ehtiramla anıldı.

     "Azadlıq aşiqi " adlı tədbirdə 11 - ci sinif şagirdləri, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Rəhimova, məktəbin direktoru Yeganə Məhərrəmova və başqaları iştirak etdi.

      Sinfin şagirdləri onun əlvan poeziyası haqqında, vətənpərvərliyi, azadlığı, milli dəyərləri əks etdirən şeirləri haqqında minnətdarlıq hissi ilə danışdılar.Əhməd Cavadın ən dəyərli əsərlərindən biri olan " Səsli qız " poemasını təhlil etdilər, fikirlərini söylədilər.Əsərin qəhrəmanı Sara xalqın azadlıq arzusunun simvolu kimi dəyərləndirildi.

      Sonda məktəbin direktoru Yeganə Məhərrəmova Əhməd Cavadın ölməz sənətkarlığı və əsl vətandaş olması haqqında ürək sözlərini dedi və tədbir iştirakçılarına təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi