ƏHMƏD CAVAD - 130

23.12.2022 - ci il Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəbiyeva Nəzirə 11A sinfində Azərbaycanın görkəmli şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş nümunəvi dərs keçmişdir. Şagirdlər dərsə Əhməd Cavadın sözlərinə bəstələnmiş Azərbaycanın Dövlət himni ilə başlamışlar.Sonra Əhməd Cavadın həyat və yaradıcılığına aid hazırladıqları təqdimatları təqdim etmiş və " Səsli qız " poemasını təhlil etmişlər.Dərsdə məktəbin direktoru Yeganə Məhərrəmova şagirdlərə öz tövsiyələrini söyləmiş və dərslərində müvəffəqiyyət arzulamışdır.