HƏMRƏYLİK GÜNÜ

30.12.2022 - ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə UBTR Şərifova Məryəm və musiqi müəllimi Novruzova Mahirənin təşkil etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı.Daha sonra videoçarx nümayiş olundu.Şagirdlər şeirlər söylədilər , gözəl mahnılar ifa edib rəqs etdilər.Mirzə Fətəli Axundovun " Hekayəti - müsyö Jordan və dərviş Məstəli şah " əsərindən bir hissə səhnələşdirildi.