KOD SAATI : RƏQƏMSAL GƏLƏCƏYƏ ADDIM

        17 dekabr tarixində paytaxt və bölgələr üzrə " Kod saatı : rəqəmsal gələcəyə addım 2022 - ci il " müsabiqəsinin məktəb üzrə seçim mərhələsi keçirildi.
   Onlayn qaydada keçirilən seçim mərhələsində 7 şagirdimiz iştirak edirdi. Nəticələrə əsasən uğur əldə edən şagirdlər dekabrın 26 - da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
     Müsabiqə Elm və Təhsil Nazirliyinin " Rəqəmsal bacariqlar " layihəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV -  IX sinif şagirdləri arasında keçirilir.
    Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal " Kod saatı " hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği , eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi