ƏZİZ ŞUŞA,SƏN AZADSAN !

16 dekabr 2022 - ci ildə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 3A sinif şagirdlərinin Şuşa ilinə həsr olunmuş " Əziz Şuşa , sən azadsan ! " adlı tədbiri keçirilmişdir. Şagirdlərin gözəl çıxışları hamını valeh etmişdir. Onların çıxışlarından necə vətənpərvər olduqları duyulurdu. Balaca ürəklərindəki vətən sevgisini , dövlət və bayraq məhəbbətini sinif müəllimləri aşılamışdır. Şuşanın dağlarında bitən çiçəklərin səhnəsi çox ürəkaçan idi. Öz evini - eşiyini , Şuşa həsrətini balaca Nurayın səhnəsində təcəssüm etdirən Şəfiqə müəllimə çox həyəcanlı görünürdü. Sanki gedib ziyarət etdiyi doğma Şuşası gözündə bir daha canlanmışdı. Tədbirə dəvət olunan qonaqlar uşaqların çıxışına maraqla tamaşa etdilər.
Məktəbin direktoru Yeganə Məhərrəmova qonaqlara təşəkkür edərək Xətai Rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri İmanov Pənah Əbülfəz oğluna söz verdi .
Pənah İmanov öz çıxışında qeyd etdi ki , bu cür tədbirlərin şagirdlərin kiçik yaş dövrlərindən başlayaraq keçirilməsi onlarda vətənpərvərlik duyğularının yaranmasına və onların torpağa , xalqa daha cox bağlılığına gətirib çıxarır. Çıxışın sonunda tədbirin təşkilatçısına və şagirdlərə öz təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən 3A sinif şagirdlərinə Y. Məhərrəmova tərəfindən təşəkkürnamə təqdim olundu.