Suyun təbiətdə dövranı

    12.02.2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kimya və biologiya müəllimi Zahidə Alıyevanın iştirakı ilə 5 B sinfində "Suyun təbiətdə dövranı" mövzusunda 5E modeli ilə hazırlanmış dərs keçirildi.

    Dərsdə məktəbin direktoru Yeganə Məhərrəmova və dərs hissə müdiri Bahar Məmmədova da iştirak etdilər.Müəllim şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmaq , mövzuya maraq oyatmaq üçün "Güllünün çayı" hekayəsini danışdı.Sonra suallar verməklə şagirdləri tədqiqata yönəltdi.

   Araşdırma mərhələsində şagirdlər fəaliyyətlərdə iştirak etdi, nəticələrdən daha ümumi anlayışlara keçid etdilər.Müəllim qaranlıq qalan məqamlara aydınlıq gətirdi.Şagirdlərdən suyun təbiətdə dövranının sxematik təsvirini istədi.Nəhayət "Biliklərin yoxlanılması" başlığı altında verilmiş sualların köməyi ilə şagirdlərin məzmunu mənimsəmə dərəcələri ölçüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi