Şuşa ili ilə bağlı tədbir

06.12.2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 8 B sinif şagirdlərinin iştirakı ilə UBTR Şərifova Məryəm və musiqi müəllimi Novruzova Mahirənin təşkil etdiyi "Şuşa ili"ilə bağlı tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Rəhimzadə Vüqar Gəncəli oğlu və Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsrafilova Mehriban İsrafil qızı iştirak etdi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra şagirdlər şeirlər söylədilər, maraqlı səhnəciklər və gözəl rəqslər nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Məhərrəmova Yeganə tərəfindən şagirdlərə təşəkkürnamələr təqdim edildi.