Xəmsə möcüzəsi

2022 - ci il dekabr ayının 5 - də Bakı şəhəri Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə "Xəmsə möcüzəsi" müsabiqəsinin təsviri sənət nominasiyası üzrə rəsm müsabiqəsi keçirildi. Bu müsabiqədə V - XI sinif şagirdləri iştirak etdilər. Onlar çəkdikləri rəsmi lirik musiqi sədaları altında təqdim etdilər. 5 B sinif şagirdi Rəhmanzadə Qərinə və 10 A sinif şagirdi İsmayılova Aysel məktəb mərhələsinin qalibi seçildilər.