Məişət zorakılığına "Yox" deyək

Bakı şəhəri Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə " Məişət zorakılığı və onun aradan qaldırılması " mövzusunda maarifləndirici sinif təşkilat saatı keçirildi.
Sinif rəhbərləri çıxışlarında məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailə üçün deyil , bütövlükdə cəmiyyət üçün təhlükəli olduğunu vurğuladılar.
Şagirdlər mövzuya uyğun olaraq hazırladıqları məlumatları və rəsmləri təqdim etdilər.