Vətənimizin şəfalı bitkilərinin təqdimatı.

12 dekabr 2022-ci il tarixində Bakı şəhəri Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəhla Ramazanovanın 7 B sinfində "Dərman bitkiləri" mövzusunda nümunəvi dərsi keçirildi.
Məktəbin direktoru Yeganə Məhərrəmovanın iştirakı şagirdlərdə böyük canlanma yaratdı.Təqdimatda 7 B sinif şagirdləri Nihad , Səmra , Gülsüm , Nəzakət , Zəhra , İsmayıl , Nərmin , Əsma öz layihələri ilə seçildi. Digər şagirdlərin də hazırladıqları layihələrdə çox sayda dərman bitkilərinin adı sadalanaraq şəkillər nümayiş olundu.