Memorial day of Great leader Heydar Aliyev

12.12.2022 - ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi Venera İbrahimovanın rəhbərliyi ilə 8 A sinif şagirdləri Heydər Əliyevin anım günü ilə əlaqədar azərbaycan və ingilis dillərində təqdimat və esselər hazırladılar.
Anım Günü ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə Banu Cəbrayılova, Gajiyev Tural, Abbaszadə Togrul , Əmirxanov Əli , Həsənov Murad təqdimat və esselərində öz fikir və düşüncələrini yazdılar. Nurlan Aşurov "Sən elə bir zirvəsən " adlı essesində Ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Ulu öndərin anım gününün ümumxalq məhəbbətin təzahürünə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını qeyd etmişdi.