"BƏLA" FİLMİNİN NÜMAYİŞİNDƏ İŞTİRAKIMIZ

14.11.2022 -ci tarixdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində "Narkomaniyaya və pis vərdişlərə yox deyək" layihəsinin həyata keçirdiyi "Bəla" filminin nümayişi oldu. Filmin nümayişində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin Ekoloji Mədəniyyət dərnəyinin üzvləri 6 A və 7 A sinif şagirdləri iştirak etdilər. Sonda filmin rejissoru İntiqam Sultan, Narkoloji Dispanserin Baş həkimi Asif Kəngərli də daxil olmaqla yaradıcı heyət, aktyorlarla görüş oldu.