SU EHTİYATLARININ QORUNMASI

22.11.22-ci il tarixində Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 8a sinfində Şəhla Ramazanovanın iştirakı ilə "Su ehtiyatlarımızın qorunması" mövzusunda dərs keçirilmişdir.Dərsdə məktəbin direktoru Y.F.Məhərrəmova,təlim-tərbiyə işləri üzrə direktor müavini B.Z.Məmmədova,sinif rəhbəri K .Fərzəliyeva iştirak etdi.
Şagirdlər maraqlı təqdimatları ilə suyun həyatımızdakı vacibliyini diqqətəçatdırdılar.Təqdimatlarını nümayişetdirən Ziba,Nicat,İlyas,Banu,Lalə,Nuray,Azər və digərləri maraqlı fikirlər irəli sürdülər.Bütün sinifdə fəallığın olması,şagirdlərin müzakirədə iştirak etməsi gələcəyimizin parlaq olacağının bir daha sübutudur.