Zəfər tarixi konfransı

  Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində "Zəfər tarixi" adlı silsilə konfransların keçirilməsi ilə bağlı əmrə əsasən Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə "Zəfər tarixi"Konfransı keçirildi.Konfransın keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq,təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq,gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək,Azərbaycanın ərazi bütövlüyü  uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.
  Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqləlik sükutla yad edilməsi ilə başladı.Məktəbin tarix müəllimi Günel Süleymanlı ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən onların məkrli siyasətindən,torpaqlarımıza qarşı qaldırdıqları ərazi iddialarından,gözləri qanla dolmuş mənfur düşmənlərimizin törətdiyi  qətllərdən danışmış bunların yaratdığı faciələr haqqında məlumat vermişdir.Çıxışına davam edən Günel müəllim Qarabağ müharibəsindən,Vətənin müdafiəsinə qalxan qəhrəmanlarımızdan söz açdı.Konfransa 9A sinif şagirdləri Ayla Səfərova,Mədinə Məmmədova,Elvira Bünyadzadə,Ziba Hüseynli,Nigar Namazova çıxış edərək Vətən müharibəsindən,Milli Qəhrəmanlarımızdan,azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq işlər haqqında məlumat verdilər.9A sinif şagirdlərinin hazırladıqları videoçarxlar nümayiş etdirildi.Konfransın sonunda məktəbin direktoru Y.F Məhərrəmova çıxış edərək bildirdi ki,bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə,ən uca zəfərdir.Yeganə Məhərrəmova şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə konfransların keçirilməsinin vacibliyini vurğuladı və məktəbin şagirdlərini konfranslarda,tədbirlərdə fəal iştirak etməyə səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi