Zəfər gününə həsr olunmuş təşkilat saatımızdan

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98N tam orta məktəbdə 3 noyabr 2022ci ildə I-XI siniflərdə sinif təşkilat saatı keçirildi.Məktəbin müəllimləri Aygün Gülməmmədova,Lalə Babayeva,Elnurə Seyidova,Arifə Məmmədova,Tahirə İbrahimovanın təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş sinif təşkilat saatları keçirildi. Sinif təşkilat saatları Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra müəllimlər şagirdlərə Vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğullarımızın şücaətindən danışdı.
Şagirdlər vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.