Unutmarıq Unutdurmarıq

2 noyabr 2022-ci ildə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fəxriyyə müəllim 2 A sinif şagirdləri ilə Şəhidlər Xiyabanını və II Fəxri Xiyabanı ziyarət etdilər.Məktəbin adını daşıyan Milli Qəhrəman İlqar Mirzəyevin məzarına çiçəklər qoyuldu,şəhidlərimizin ruhu yad edildi.Sonra Hərbi Qənimətlər Parkını ziyarət edən şagirdlər Azərbaycan ordusunun düşməndən ələ keçirdiyi qənimətlərlə tanış oldular.