Zəfərin mübarək Azərbaycan!

4 noyabr 2022-ci il tarixdə Milli Qəhrəman İlqar Mirzəyev adına 98N-li tam orta məktəbdə Zəfər Günü ilə bağlı tədbir keçirildi.Tədbir məktəbin UBTR-i Məryəm müəllimin və Musiqi müəllimi Mahirə müəllimin təşkilatçılığı ilə keçirildi.
Tədbirdə qonaq qismində: Gizir Mirzəyev Hüseyn, Baş leytenant Ağayev Elsevər, Gizir Hüseynov Sadiq, Həsənov Faiq, Qasımov Anar, Nuriyev Xəzri, Muradov Nahid, məktəbin məzunu - Vətən müharibəsində qəhrəmanlıq göstərərək medallarla təltif olunmuş qazi Bilalov Səid, həmçinin məktəbin müəllim və şagird heyəti iştirak etdi.
Tədbir başlayarkən Azərbaycan Respublikasının himni səsləndi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru - Yeganə Məhərrəmova qeyd etdi ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şanslı səhifələrindən biridir. Tədbir aparıcıları Vətən müharibəsi tarixi barədə məlumat verdilər, şagirdlərin ifasında torpaq, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, musiqilər səsləndi; səhnəciklər göstərildi. 44 günlük Vətən müharibəsini əks etdirən videoçarxlar və ölkə Prezidentinin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar nümayiş edildi. Tədbirin sonunda söz alan qonaqlar məktəbdə belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı, məktəb rəhbərliyinə və şagirdlərə öz minnətdarlıqlarını bildirdilər.
Məktəbin direktoru Yeganə Məhərrəmova tərəfindən tədbirdə fəal iştirak edən şagirdlərə Təltifnamə təqdim edildi. Sonda qonaqlarla xatirə şəkli çəkildi.
Qarabağ Azərbaycandır!