Respublika Fənn Olimpiadasının məktəb mərhələsi

29.10.2022 -ci il tarixində Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpiadasının məktəb mərhələsi təşkil olundu . Məktəb mərhələsində Azərbaycan dili , Ədəbiyyat , Riyaziyyat ,Fizika ,Kimya , Biologiya , Tarix , Coğrafiya və və İnformatika fənləri üzrə 48 şagird iştirak etmişdir. Nəticələr yoxlandıqdan sonra şagirdlərə məlumat veriləcək və növbəti tura müvafiq nəticə göstərən iştirakçılar keçecəkdir. Şagirdlərimizin hər birinə uğurlar arzu edirik . Ümid edirik ki , şagirdlərimiz müvəffəq nəticə göstərəcəklər.