18 OKTYABR-MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ

18 oktyabr – Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar 98 nömrəli tam orta məktəbdə tədbir keçirildi.Məktəb rəhbərliyinin şagirdlərə bu tarixi gün haqqında məlumat verməsindən sonra tədbirin növbəti hissəsinə keçid olmuşdur.
Məktəbin ibtidai sinif müəllimləri Əliyeva Gülşən və Məmmədova Şahnazın təşkilatçılığı ilə rəhbərlik etdikləri 4A və 4B sinfinin hazırladığı tədbir nümayiş etdirildi.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa etdilər.Tədbirin sonunda dövlətimizin müstəqillik əldə etdikdən sonra 26 il ərzində keçdiyi inkişaf yolundan, qazandığı yüksək nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirilib.