FÜZULİNİN İŞĞALDAN AZAD OLUNMASI

17 oktyabr 2022-ci il tarixində 98 nömrəli tam orta məktəbdə Füzuli rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı tədbir keçirilib.
Pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən şagirdlər tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsinin Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
17 oktyabr 2020-ci ildə düşmən işğalından xilas olan Füzuli doğma sakinlərinə qucaq açmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda bütün Qarabağ düşmən tapdağından azad edilmişdir.
Tədbirə şagirdlərin hazırladıqları təqdimatlar və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa olan müraciətlərinə həsr olunmuş videoçarxların nümayişi ilə yekun vurulmuşdur.