ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ YAD EDİLDİ

İlqar Mirzəyev adına 98 nomrəli tam orta məktəbdə 27 sentyabr-Anım Gününə həsr olunmuş ümumməktəb tədbiri keçirildi.Tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Sonra məktəbin direktoru Yeganə Məhərrəmova çıxış edərək şagirdlərə zəfər tariximizdən, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid və qazilərdən, qəhrəman oğullarımızın göstərdikləri şücaət və fədakarlıqlardan söhbət açdı.Şagirdlər də əllərində şəhid şəkilləri ilə şəhidlərimizi qürur və ehtiramla andılar.