ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA ANIRIQ

Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nomrəli tam orta məktəbdə bütün siniflərdə ilk dərslər 27 sentyabr-Anım Gününə həsr olundu.
Məktəbin müəllimləri şagirdlərə zəfər tariximizdən,torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqlardan söhbət açdılar.Şəhidlərin əziz xatirəsi yad edildi.Şagirdlər də əllərində şəhid şəkilləri ilə şeirlər söyləyərək qəhrəman şəhidlərimizi qürur və ehtiramla andılar.