QƏNİMƏTLƏR PARKINI ZİYARƏT

  2022-ci il sentyabrın 23-də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 5a sinif şagirdləri 27 sentyabr Anım Günü ilə əlaqədar sinif rəhbəri Nazirə Nəbiyeva ilə birgə Qənimətlər parkını ziyarət etdilər. Uşaqlara  Azərbaycan xalqının 30 il müddətində başına gətirilən müsibətlərdən və 44 günlük müharibədə əldə olunan şanlı zəfərindən məlumat verildi və mərd oğullarımızın qəhrəmanlıqlarından danışıldı. Xalqımızın azadlığı uğrunda canından keçən və şəhid olan oğullarımızın igidliyindən söhbət açıldı. Uşaqlar 44 günlük muharibə zamanı düşmənin döyüş meydanında qoyub qaçdığı qənimətlərlə tanış oldular və vətən müharibəsinə, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi