MƏKTƏB KİTABXANAÇISININ TƏQDİMATI

      İlqar Mirzəyev adına 98№li tam orta məktəbin kitabxana müdiri Z.Musayeva 2021-2022-ci dərs ilində 5-8-ci siniflərdə “Zəfər yolu”,”Qarabağa dönüş” və “Nəriman Nərimanov” adlı kitabların təqdimatını keçirdi.

   “Zəfər yolu” kitabında 44 günlük Qarabağ müharibəsi zamanı Prezident Ali Baş Komandan İlham Əliyevin çıxışları,müsahibələri,tvitləri toplanmışdır.

    “Qarabağa dönüş” kitabının müəllifi xalq şairi Sabir Rüstəmxanlıdır.”Qarabağa dönüş” poemasında 44 günlük Vətən Müharibəsinin qəhrəmanlıq səhnələri ilə yanaşı,xalqımızın müstəqillik və bütövlük uğrunda mübarizəsi yüksək bədiiliklə tərənnüm edilir.

  Teymur Əhmədovun  “Nəriman Nərimanov”(həyatı,mühiti,ədəbi-bədii yaradıcılığı)adlı monoqrafiyası Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edir.

   Bütün bu kitablar haqqında şagirdlərə məlumat verildi.Onların sualları cavablandırıldı.  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi