VALİDEYNLƏRLƏ GÖRÜŞ

   İ.Mirzəyev adına 98 №li tam orta məktəbdə 24.05.2022-ci il tarixində valideynlərlə görüş keçirildi.Görüşdə məktəb rəhbərliyi iştirak etdi.Tədbirdə məktəbin şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edildi.

  Görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparıldı.

  Görüşün keçirilməsində əsas məqsəd məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq,məktəb-şagird-valideyn münasibətlərinin davamlılığını təmin etməkdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi