28 MAY MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏŞKİLAT SAATLARI

28 May Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş,hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.1918-ci il mayın 28-i mürəkkəb siyasi hərbi şəraitdə əsarət altında yaşayan,tarixi,mədəniyyəti,dili,dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik,hüquqi,dünyəvi respublikasını yaratdı.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik dövlət idi.15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.
27.05.2022-ci il tarixində məktəbin Tədbirlər planına uyğun olaraq müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə 2B,3A,3B siniflərində sinif rəhbərlərinin təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş sinif saatları keçirilmişdir.Şagirdlər Vətənə,torpağa aid şeirlər səsləndirib və hazırladıqları rəsmləri nümayiş etdirdilər.