Rayon tədbirlərində məktəb şagirdlərinin fəal iştirakı

2021-2022-ci tədris ili üzrə məktəbin aşağıda adları qeyd edilən şagirdləri müxtəlif tədbirlərdə iştirakları ilə əlaqədar olaraq Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən Sertifikata layiq görülmüşlər.
“Xocalı soyqırımını unutma” adlı müsabiqədə iştirakına görə Səkinə Həsənzadə (inşa müsabiqəsi)Sertifikata, Zaur Cəfərxanlı (rəsm müsabiqəsi) isə III yerə layiq görülmüşlər.
“Qəhrəmanlıq salnaməmiz” adlı tədbirdə iştiraka görə Məryəm Rəhmanova (inşa müsabiqəsi),Ləman Vəlimətova,Zaur Cəfərxanlı (rəsm müsabiqəsi) iştiraklarına görə Sertifikatlara layiq görülmüşlər.
Şagirdlərimizə uğurlarının davamlı olmasını arzulayırıq.