Beynəlxalq Kitab Günü

    İ.Mirzəyev adına 98 №li tam orta məktəbdə 22.04.22-ci il tarixdə məktəbin 8 A sinfinin iştirakı ilə Beynəlxalq Kitab Günü münasibətilə C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərinin müzakirəsi keçirildi.Əsərin təhlili zamanı şagirdlər çox böyük həvəslə o dövrə aid hadisələrə münasibət bildirdilər. C.Məmmədquluzadənin yaradıcılığını dəyərləndirdilər.XIX əsr Azərbaycan kəndlisinin ictimai-sosial vəziyyəti təhlil olundu və bu günümüzlə əlaqələndirildi.Qadın  hüquqsuzluğu məsələsi də müzakirədə xüsusi qeyd edildi.

    Tədbirin sonunda şagirdlər bir-birinə kitab bağışladılar.Onlar belə tədbirlərin vaxtaşırı keçirilməsini təqdirəlayiq hesab etdilər.

    Tədbirdə məktəbin direktoru Y.Məhərrəmova,kitabxanaçı Z.Musayeva,məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi S.Cəfərova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi