Şəhidlər Xiyabanı

Silahlı Qüvvələrin Ali Baş Komandanı,Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalamışdır.Qərara əsasən Bakı şəhəri 98 №li tam orta məktəbə "Azərbaycanın Milli Qəhrəmanı" İlqar Anzor oğlu Mirzəyevin adı verilmişdir.Bu günlərdə məktəbin pedaqoji kollektivi Şəhidlər Xiyabanında olmuş,şəhidlərimizin və İlqar Mirzəyevin məzarını ziyarət etmişlər.