"Zəfər Günü"

05.11.2021-ci il tarixdə 98№li məktəbdə şagirdlərdə dövlət rəmzlərinə,vətənpərvərlik,milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması,tarixi hadisələrə düzgün rəy vermək bacarıqlarının formalaşdırılması,xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği,tariximizin şanlı səhifələrinə həsr olunmuş "8 Noyabr Zəfər Günü" adlı tədbir keçirildi.Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,sonra "Azərbaycanın Dövlət Himni" səsləndirildi.Məktəbin direktoru Nazim Səfərov 44 günlük Zəfər tariximiz barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.Tədbirdə məktəb məzunlarından olan Vətən müharibəsində qəhrəmancasına vuruşan oğullarımızdan Fərid Əyyubov,Elvin Piriyev,Mehbalı Almuradov da iştirak etdilər.Qazi Fərid Əyyubov özünün döyüş yolundan söhbət açdı.Sonra məktəbin şagirdləri "Zəfər Günü"nə həsr olunmuş şeir,musiqi,mahnı və rəqslərlə çıxış etdilər.