"Kiçik Akademiya"nın növbəti yığıncağı

  25.02.2020-ci il tarixdə 98 №li tam orta məktəbdə Kiçik Elmi Akademiyanın növbəti iclası keçirildi.İclasda Arifə Məmmədova,Şəhla Ramazonava,Şəhla Hüseynova ,Sədaqət Cəfərova şagirdlərin irəli sürdüyü təklifləri dinlədilər.XI a sinif şagirdi Abdullayev Zahidin təklif etdiyi "süni ürək" modeli iştirakçıların diqqətini cəlb etdi.Seyidov Murad isə uşaqlarda bədii ədəbiyyata həvəs yaratmaq üçün "ailələrarası müzakirə"üsulunu təklif etdi.
  IX a sinif şagirdi Fidan Əliyeva "Məktəb ekologiyası" mövzusunda maraqlı təkliflər irəli sürdü.Sonda müəllimlər şagirdlərin təklifləri ilə bağlı öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi