"İmadəddin Nəsimi-650"

  27.12.2019-cu il tarixində Xətai rayonu 98№ li tam orta məktəbdə 6a sinif şagirdləri Sadə Adıgözəlovanın rəhbərliyi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyinə aid “İmadəddin Nəsimi-650” mövzusunda tədbir keçirdi.Məktəbin ədəbiyyat müəllimi Solmaz Qocayeva Nəsiminin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.Şairin həyatına aid bədii filmdən fraqmentlər göstərildi.Şagirdlər dahi şairin sözlərinə bəstələnmiş mahnılar ifa etdi və hazırladıqları səhnəcikləri təqdim etdi.

  Sonda məktəbin direktoru Nazim Səfərov ölməz,həmişəyaşar klassik şairimizin fəlsəfi görüşləri barədə qısa məlumat verdi və gənc nəslin tərbiyəsində,dünyagörüşünün formalaşmasında keçirilən tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi