Valideynlərin məktəbdə bir günü.

20 dekabr 2019-cu il tarixində 98 №-li tam orta məktəbdə bütün siniflərdən olmaqla valideynlər məktəbə dəvət edildi.Onların məktəbin ərazisi ilə və kabinetlərlə tanışlığı təşkil olundu.Valideynlər fənlər üzrə dərslərdə iştirak etdilər.Sonda Tərbiyə İşləri üzrə Direktor Müavininin iştirakı ilə məktəbdəki vəziyyət təhlil olundu,valideynlərin təklifləri dinlənildi, direktor müavini tərəfindən aidiyyatı üzrə tövsiyyələr verildi.