"Dahi lider" mövzusunda "dəyirmi masa"

10 dekabr 2019-cu ildə Bakı şəhəri 98 №li tam orta məktəbin ədəbiyyat müəlliməsi Sevil Rəhimovanın rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Dahi lider" mövzusunda "dəyirmi masa" keçirilmişdir.VIIb sinfində aparılan tədbir zamanı şagirdlər ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verməklə yanaşı,öz fikirlərini də sərbəst şəkildə ifadə etdilər.Onları maraqlandıran suallar cavablandırıldı. Xalqımızın siyasi və iqtisadi həyatında Heydər Əliyevin danılmaz xidmətləri onlarda qürur hissi yaratdı.
Ədəbiyyat müəllimi Sevil Rəhimovanın rəhbərliyi ilə tədbirdə Azəbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Qocayeva Solmaz Ağəli qızı da iştirak etdi.